Hans Xristian Andersen-  çirkin ördək balası- ömrünün sonuna qədər qrammatik səhvlər buraxaraq yazırdı.

Hans Xristian Andersen- çirkin ördək balası- ömrünün sonuna qədər qrammatik səhvlər buraxaraq yazırdı.

Çox sevdiyim Viktor  Hüqonun belə bir aforizmi var, “ İnci palçıqda əriməz” . Hansın da məhz inci kimi saf qəlbi ətrafdakı ona gülüb lağ edən insanların  çirkabında məhv olmadı, daha da gözəlləşdi, özünün təsvir etdiyi kimi çirkin ördək balası ququşuna çevrilə bildi.

Əgər nağıllar toplusu dərc etsək, Danimarkalı yazıçı  Hans Xristian Andersenin nağılları olmadan o toplu tam olmaz; “ Çirkin ördək balası”, “ Düyməcik”, “ Noxud üstündə yatan şahzadə qız”, Qalay əsgərcik”, Qar Kraliçası” və s digər sehirli nağılları daxil etmədən nağıllar toplusu tamamlanmamış görünərdi. Maraqlı burasıdır ki, müəllifin özünün də həyatı sehirli nağıla bənzəyib, bəzən kobud insanların təhqirləri, bəzən həyatın anlaşılmaz haqsız təsadüfləri, bəzən isə şöhrətin geniş qapıları ilə rastlaşan Hans yaşamış olduğu müxtəlif olaylardan dolayı psixi sarsıntılar keçirmişdi. Yazıçının qəribə qorxuları vardı, o yanmaqdan qorxurdu,  harasa gedəndə həmişə özü ilə ip aparardı ki, qaldığı oteldə yanğın olsa qaça bilsin, diş ağrılarından, diş çəkdirməkdən, kiminsə onu zəhərləyəcəyindən, pul xərcləməkdən qorxurdu. Həyatı boyu üç qadını sevmişdi, heç birindən qarşılıqlı sevgi  görmədi və həyatının sonuna qədər subay qaldı. Yaşlı çağlarında onu əxlaqsız qadınların əhatəsində də tez-tez görmək olurdu, yazıçı onlarla söhbətlə kifayətlənib yenə də öz tənhalığına çəkilirdi, son sevdiyi qadın Cenni Lində xəyanət edə bilmirdi.

Andersen Aprelin 2-si, 1805-ci ildə Danimarkanın Odens  şəhərində dünyaya göz açıb, ailənin tək uşağı idi.  Atası  ayaqqabı ustası, anası isə paltaryuyan  işləyirdi.  Atasının savadı olmasa da o, oğlunu qədim Danimarka nağılları və  Min bir gecə nağılları ilə tanış edə bilmiş, uşaqda nağıla qarşı həvəs oyada , təxəyyülünü inkişaf etdirə bilmişdi.  Lakin Hansın 11 yaşı olanda atası ölür,  anası ikinci dəfə ailə qurur və Hansı kasıb uşaqlar üçün əsas biliklər verən orta məktəbə yollayır. O,  indi daha özünü də saxlamalı idi, əvvəlcə dərzi şagirdi, sonra dərzi kimi çalışır.  Artıq 14 yaşında ikən anasına daha Odensdə qala bilmədiyini və mütləq məhşur olmaq üçün Kopenhagenə getmək istədiyini bildirir. Anası  onun bu sözlərinə inanmır və poçtalyona əlavə pul ödəyir ki, uşağın 3 gündən sonra  geri qayıtmasına kömək etsin.  Lakin anası və heç kim uşağın iradəsinə inanmasa da Andersen bir də heç vaxt bu şəhərə yaşamaq üçün geri dönmür. 

Kopenhagendə aktyorluq üçün iş axtarır, lakin çirkin xarici görünüşünə görə heç kim onu aktyorluğa qəbul etmir. Ümumiyyətlə uşaqlıqdan çirkinliyinə görə təhqirlər eşitməyə vərdiş etmişdi, onu ələ salırdılar, əlbəttə bu onun psixikasına təsir etməyə bilməzdi, sonralar Çirkin Ördək Balası nağılında yazacaqdı: ” Ququşu yumurtasından  çıxmısansa ,ördək yuvasında doğulmağın  elə də böyük əhəmiyyəti yoxdur”  . O, inanırdı ki, ona xarici görünüşünə görə qiymət verən insanlar bir gün onun daxiliniə də qiymət verəcəklər, əslində o, özü çox gözəldir, təxəyyüldə  gözəlliklər yarada bilər və buna görə də bir gün mütləq məhşur olacağına inanırdı. Ona  inanmayıb lağ edən insanlar onu ticarətlə məşğul olmağa çağırırdılar, o, isə heç kimə məhəl qoymadan teatrlara üz tuturdu.  Ancaq bir gün  onu Danimarka Kral Teatrına işə götürürlər, aktyor kimi yox, sadəcə gözəl sofrano səsi olduğu üçün işə qəbul olunur, lakin tezliklə səsini də itirir. Bu zaman teatr yoldaşlarından biri ona yazmağı məsləhət bilir. O, bu məsləhəti ciddi qəbul edir və yazmağa başlayır. Teatrın direktoru Conas Kollin də ona rəğbət bəsləyirdi və təhsil alması üçün Hansı qrammatika məktəbinə göndərir. Bundan sonra Andersen 1827-ci ildə Elsinor məktəbində də təhsil alır. Andersen heç vaxt yaxşı oxuyan, çalışqan şagird olmur, həmişə fikri dağınıq olurdu və qrammatik səhvlər edə-edə yazırdı, o, heç vaxt yazısını düzəldə bilməmişdi. Lakin buna baxmayaraq 1822-ci ildə artıq “ Palnatokun məzarındakı ruh” adlı ilk hekayəsini nəşr etdirə bilmişdi.

Təhsil aldığı illər onun həyatının ən kabuslu və depresiyaya düşdüyü illər olduğunu yazıçı sonralar etiraf edirdi, belə ki, digər şagirdlərdən yaşca çox böyük olması və bu səbəbdən müəllimlər və şagirdlər tərəfindən təhqirlərə məruz qalması onu depresiyaya düşməyə, özünə qapanmağa vadar edirdi və ömrünün sonuna qədər də bu vəziyyətdə yaşamağa məhkum oldu.

 Təhsili Kral Teatrının müdriyyəti tərəfindən maliyyələşirdi, bu təhqirlərdən sonra ona evdə xüsusi müəllim vasitəsilə təhsil verildi, daha sonra Kopenhagen Universitetinin də məzunu ola bildi.

Təhsilini bitirdikdən sonra çox illərini səyahətlər, şeirlər, dram əsərləri yazmaqla keçirdi. Onun ilk sehirli nağıllar kitabı sürətlə məşhurlaşmağa, hətta Danimarka sərhədlərini aşıb, ölkələr gəzməyə başladı. Əslində bu nağıllar onun özü, öz başına gələn əhvalatlar idi.  Anasının hələ qız uşağı ikən dilənçilik etməyə  məcbur qalması onu “ Kibritli Qızçığaz “nağılı yazmağa səbəb oldu, nağılda dünyada bəxti gətirməyən insanların yazıqlığından söhbət açırdı. Çikin ördək balası isə əlbəttə ki özü idi. Bir oğlan uşağı ona köhnə qalay əsgərcik hədiyyə edir, Andersen onu nağıla çevirir, və ya qız uşağının hədiyyə etdiyi gül ləçəkləri, yenə də yazıçının əsərində öz yerini tapır. Andersen uşaqların ona verdikləri hədiyyələri atmırdı, mücrüdə saxlayıb, hərdən onları qoxulayırdı.

 Demək olar ki, bütün sehirli nağıllarını 1835-1850- ci illər arasında yazmışdı, ümumilikdə isə 170 nağıl, 5 roman,  bir neçə pyes, şeir və oçerk müəllifidir. Əsərlərinə cizgi filmləri, filmlər çəkilib, 150-dən çox dilə tərcümə olunub.

1867-ci ildə Odens şəhərinə qayıdır, minlərlə insan onu alqışlayır, yazıçıya fəxri  ad təltif olunur, ona Danimarkanın milli sərvəti adı verilir.

1872-ci ildə çarpayısından yıxılır və ağır zədələr alır, tezliklə isə  qaraciyərində xərçəng xəstəliyi aşkarlanır və yazıçının ölümünə səbəb olur.  Ölümündən əvvəl onu necə dəfn edəcəkləri haqda dostları ilə danışır və dəfn mərasimini planlaşdırır. Dəfndə iştirak edəcək  orkestrin bəstəkarına deyir ki, orada çoxlu sayda uşaqlar olacaq, orkest mümkün qədər o kiçik addımlara uyğun ifa etsin.

Hans Xristian Andersen Avqustun 4-ü 1875-ci ildə Kopenhagen yaxınlığında, dostu Moritz Melkorun evində vəfat edir.

Ölərkən sinəsində ilk  qarşılıq görmədən sevgidiyi qadın Riborq Voiqtdən aldığı məktub tapılır. Andersenin sonrakı sevgidiyi qadınlarlar da onun sevgisini cavabsız qoymuşdular.  Son sevdiyi qadın Ceni Lind idi, incəsənət adamı olan bu qadına hədsiz gözəlliyinə görə İsveç Bülbülü ləqəbini qoymuşdular. Ona vurğunluğunu Andersen özünün Bülbül nağılında təsvir edir, lakin Lind də digər qadınlar kimi Anderseni rədd edir və onu qardaşı kimi sevdiyini etiraf edir. 1844-cü ildə Andersenə vida məktubunu  “Allah səni hifz etsin, səmimiyyətlə sənin bacın Cenni “ sözləri ilə bitirir.

Onun sevgi etiraflarına cavab gəlmədi, qarşılıqlı sevgi yaşaya bilmədi, bəlkə də buna görədir ki, uşaqlar üçün yazdığı sehirli nağıllarında iki gənc i qovuşdururdu, öz həyatındakı uğursuzluğu  qələmi vasitəsilə inkar etməyə, uşaqlara sevginin sonda qələbə çalmasına inandırmağa çalışırdı. Çirkin ördək və ya sevimli ququşu, necə istəyirsiz elə də adlandırın ,  o, bu dünyadan tənha uçub getdi.

Nağıllarından çıxarışlar və ya aforizmə çevrilmiş cümlələri

Su pərilərinin göz yaşı olmur, ona görə də daha çox əzab çəkirlər. ( Kiçik Su Pərisi)

Sözlərin ifadə edə bilmədiyi yerdə musiqi dillənər.

Sadəcə yaşamaqla keçinmək olmaz,  azadlıq, günəş işığı və bir qədər də güllərəehtiyacımız var, dedi kəpənək.

Həyatından zövq al, ölü qalmaq üçün zamanın çox olacaq.

Həyatın özü ən gözəl sehirli nağıldır.

O, qəlbində ölüm düşüncəsilə gülürdü və rəqs edirdi. ( Kiçik Su Pərisi)

 Baxdığın hər şey sehirli nağıla çevrilə bilər, toxunduğun hər şeydən bir hekayə düzəldə bilərsən.

Bütün dünya bir sira möcüzədər, ancaq biz onlara adi şeylər deməyə öyrəşmişik .

Dünyanın işinə yaramaq üçün xoşbəxt olmalısan.

Ölüm küləkdən də sürətli yeriyir və heç vaxt götürdüyünü geri qaytarmır.

Əgər rhumun dərinliyinə baxsaydın, həsrətimin  səbəbini bütünlüklə anlayardın və mənə yazığın gələrdi. Hətta açıq, şəffaf gölün də özünəməxsus dərinlikləri var hansı ki heç bir dalğıc onları tanımaz.

“–Sən öldüyündə dünyanın bütün gözəllikləri bitəcəkmi?

–Yox, dedi, Qoca Palıd, hətta o mən düşünə biləcəyimdən də daha çox davam edəcək.

— Lap yaxşı, dedi, kiçik May Böcəyi, bizim yaşamaq üçün eyni zamanımız , sadəcə fərqli üzülüşməyimiz var”

Həyatım əsərlərimin ən gözəl ilustrasiyasıdır.

Bizim hamımız əlimizdəki ən gözəl şeyi başqasına verib, iqtidarımızda olanı təklif etməli deyilikmi?

Sən xəyalpərvərsən, bu da sənin bədbəxtliyindir.

Bəziləri gözəllik üçün, bəziləri isə istifadə olunmaq üçün yaradılıblar, ancaq bəziləri də vardır ki, bu ikisi bir arada olmasa yaşanmazlar.

Axmaq suala cavab vermək asan deyil.

Ən əsas şeylər gözlərə görünməz qaldığı üçün yalnız ürək onları daha aydın görə bilər.

“Kəndli”  olmaq hissindən daha betər bir hiss var, o da odur ki, şəhərlilər elə bilir ki, bütün kəndlilər cahildirlər.

Up

 

Build up- 1) artmaq ( İf the gas keeps building up

will be an explosion. Əgər qaz bu yolla artmaqda davam etsə partlayış olacaq)

2) xəstəlikdən sonra yaxçılaşmaq,gücünü bərpa etmək ( After my illness,İ had to do exercises to build up my strength- Xəstəlikdən sonra idman məşqləri etməliyəm ki,gücümü bərpa edim)

 

Cheer up-şənlənmək,keyfini açmaq

 

Grow up-böyümək

 

Liven up-canlanmaq,canlandırmaq,həyata qaytarmaq

 

Put up-qaldırmaq, ucaltmaq( bina,çadır)

 

Shoot up-sürətlə artmaq ( məs. qiymətlər)

The price of petrol has shot up recently- Benzinin qiyməti son vaxtlar sürətlə artıb

 

Speak up-ucadan danışmaq,səsini qaldırmaq ( başqaları eşitsin deyə)

 

Stand up-ayağa qalxmaq

 

Stand up to-ayağa durmaq ( müqavimət göstərmək üçün)

 

Stand up for- ayağa qalxmaq ( qorumaq üçün,müdafiə məqsədilə)

Don`t be afraid to stand up for your rights as a citizen- Vətəndaş hüquqlarının müdafiəsinə qalxmaqdan qorxma!

 

Fill up-doldurmaq

 

Heal up-sağalmaq,yaxşılaşmaq

 

Hurry up-tələsmək

 

Lock up-qıfıllamaq

 

Ring up- zəng etmək

 

Save up-qənaət etmək,yığmaq

 

Seal up-möhürləmək

 

Tidy up-səliqəyə salmaq

Clean up-təmizləmək,səliqəyə salmaq

 

Back up– 1) arxasında durmaq( dəstəkləmək mənasında)

My friends backed me up when I complaint about the noise- Səs-küyə görə şikayət edəndə dostlarim mənim arxamda durdular( dəstəklədilər)

2) nüsxəsini çıxarıb saxlamaq  ( komp.da işləyərkən)

I always back up my work in case something happens (nəsə  baş verə bilər deyə həmişə işimin bir nüsxəsini çıxarıb saxlayıram)

 

Stay up-gec saatlara kimi oyaq qalmaq

 

Catch up- çatdırmaq,ayaqlaşmaq

I have missed some lessons and I  need to catch up ( Bəzi dərsləri ötürmüşəm,indi onlara çatmaq istəyirəm)

 

Bring up-tərbiyə vermək

 

Blow up-partlatmaq

 

Eat up-yeməyini yeyib bitirmək

 

Wash up-qabları yumaq

 

Look up-lüğətdə söx axtarmaq

 

Tear up- cırıq-cırıq etmək,tikə-tikə etmək

 

Beat up-döymək,çırpmaq

 

Call up-zəng etmək

 

Crop up-gözlənilmədən baş vermək

 

Light up-işıqlandırmaq 2) sevincdən uzu saçmaq

 

Own up ( to) – boynuna almaq,üzərinə götürmək ( günah, səhv işini)

If the person who broke the window doesn’t own up, the whole class will be punished – Əgər bunu edən kəs boynuna olmasa bütün sinif cəzalanacaq

 

Pull up- dayandırmaq ( stop)

 

Speed up- sürəti artırmaq,sürətləndirmək

 

Split up-parçalamaq,hissə-hissə etmək

Bottle up- boğmaq ( qəzəbini, hisslərini)

I was very angry but I had to bottle up my feelings- Çox əsəbləşmişdim,amma hisslərimi boğmağa məcbur qaldım

Dig up- qazıyıb  üzə çıxarmaq ( məs. kiminsə keçmişini)

 

Freshen up– yeniləmək, gümrahlanmaq( makiyajını və s düzəltmək mənasında da)

The bathroom is upstairs if you want to freshen up

 

Polish up- təkmilləşdirmək,yaxşılaşdırmaq

 

Screw up- büzüşdürmək,turşutmaq ( üzünü, agız-göz əymək)

 

Tighten up- sıxlaşdırmaq,möhkəmləndirmək

 

Do up- yaxasını bağlamaq ( düymələmək və s)

 

Fold up-qatlayıb səliqəyə salmaq

 

Hold up-silahlı basqın etmək

 

Keep up appearances- adətlərinə uyğun hərəkət etmək, vərdişlərinə uyğun olaraq( həmişəki kimi filan şeyi filan cür etdilərJ mənasında deyərkən)

To keep appearances they still go to the best restaurants- Həmişəki kimi onlar yenə də ən yaxşı restoranlara getməkdə davam edirlər

 

Kick up a fuss- narahatçılıq,araqarışdırma yaratmaq

 

Stir up troubles- aranı qarışdırmaq

 

Stir up- 1) silkələmək,2) aktivləşdirmək, fəallaşdırmaq

 

Sum up– fikirlərini,deyəcəklərini qisa cümlələrlə cəmləşdirib söyləmək

I’ll try to sum up the situation in a few words- Vəziyyəti qısa şəkildəbir neçə sözlə  izah etməyə çalışacam

 

Turn up– səsini ucaltmaq ( mexanizmin.tv,radio)

 

Break up- 1) dağılışmaq, parçalanmaq 2) sona çatdırmaq  3) tətilə çıxmaq ( məktəblərin)

 

Freeze up–  donmaq, buzla örtülmək

 

Flare up- qızışmaq, 2) od tutmaq

 

Draw up – 1) maşını saxlamaq,əyləmək ( bir yerə gəlib çıxdıqdan sonra)

2) dartıb yaxınlaşdırmaq, yanına çəkmək

 

Hang up- dəstəyi asmaq ( adboy vermək)

 

Line up- cərgəyə,sıraya durmaq

 

Pile up- üst-üstə yığılmaq, işlərin artması

Work really piled up when I was away on business holiday ( Mən işlə bağlı ezamiyyətdə olduğum müddətdə işlər yığılıb qalmışdı)

 

Mist up- Buxarla oürtülmək( pəncərə və s)

The windows misted up and we couldn’t see outside- Pəncərələr buxarlanmışdı,eşiyi görə bilmirdik

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Use

Use up – işlədib bitirmək, tükəndirmək

To be in use– istifadədə olmaq,işlənmək

To be out of use- istifadədən çıxmaq

İt`s no use! – Faydası yoxdur. Mənası yoxdur. Boş yerədir. Xeyri yoxdur

It`s no use,I can’t persuade her ( mənası yoxdur,mən onu inandıra bilmirəm)

He tried in vain to do it,then he said “ it`s no use” ( o əbəs yerə bunu etməyə çalışdı,lakin sonra dedi “ Faydası yoxdur”

Make ( good)  use of it – işlətmək

We could make a better use of our resources( Biz sərvətlərimizdən yaxşı istifadə edə bilərdik

What`s the use of ?………..( of doing smth)- Mənası nədir? ( Xeyri nədir?)

What`s the use of worrying about it?( bu haqda narahat olmağın mənası nədir, ( xeyri nədir)

 

Draw

Draw up- 1) dayandırmaq,saxlamaq ( maşını)

2) daha yaxına çəkmək,gətirmək

draw off- su tökmək ( daha böyük yerdən kiçik yerə )

draw smb to smth- kimisə nəyəsə cəlb etmək

draw ( from- ) – çəkmək,çıxarmaq ( adını hardansa və ya kart oyununda kart çəkmək)

draw in- içinə şəkmək ( havanı,nəfəsi)

draw back- geri çəkmək

draw out- 1) bankdan pul çəkmək ///

2) dartmaq,çəkmək

We drew out the journey as much as we could but we still arrived early ( bacardığımız qədər səyahəti uzatmağa çalışdıq,amma hələ də tez gəlib çıxdıq)

3) maşını yolun ortasından kənara çəkmək

Sit

Sit down– oturmaq

 

Sit back– istirahət etmək üçün əyləşmək (və bird aha fəaliyyəti davam etdirməmək), yüngülləşmək,rahatlanmaq (расслабляться
бездельничать)

He just sat back and let it all happen

 

Sit out– fəaliyyətsiz qalıb baş verənlərin sonunu gözləmək

They are trying to sit out the crises ( onlar böhranın keçməsini gözləməkdədirlər)

 

Sit tight– oturub gözləmək,gözləmə mövqeyində durmaq

The best thing to do is to sit tight and see if things improve ( ediləcək ən yaxşı şey budur ki,sakitcə oturub gözləyəsən ki, hər şey düzəlsin)

 

Sitting duck( target)- ilk hədəf alınan adam

 

İf they are reducting staff he is a sitting target- ( Əgər onlar işdə ixtisarlar aparsa o birinci çıxarılacaq ( ilk hədəf odur))

 

Turn

Turn up – 1) üzə çıxmaq, görmək ///

He turned up at our house. ( o bizim evimizde göründü)

   2) tapılmaq ( Don`t worry – it will turn up . Narahat olma,o  tapılacaq)

3) səsini ucaltmaq (radio,tv və s)

Turn up the radio- Radionun səsini ucalt

By turns– növbə ilə

Out of turns– növbəsiz

In turn–   öz növbəsində , əvəzində, cavabında

Speak out of turn- icazəsiz,yerindən danışmaq ( sinifdə)

Turn against- qarşı çevrilmək

He turned against his friend( O dostunaqarşı çevrilmişdi)

Turn back– geri dönmək

Turn away–  geri göndərmək

The police turned away the crowds.

Turn in (= hand over) təslim etmək,vermək

They turned the escaped prisoner in to the police.( onlar qaçmış məhbusu polisə təhvil verdilər

Turn out ( to be) – aşkara çıxarmaq,bəlli olmaq

She turned out to be righ ( O haqlı çıxdı)

 

 

Shut

Shut out–  rəqibinə xal yöğmaqda mane olmaq,qarşısını almaq

 

Shut down- bağlamaq ( = close down) ( birdəfəlik bağlanmaq)

 

Shut up-  səsini kəsmək Tell them to shut up!

/// 2) qıfıllamaq

  İt`s time to shut up the shop ( dükanı bağlamaq vaxtıdır

 

Shut off- 1)  dayandırmaq,bağlamaq( mühərriki )

İ`ll need to shut the gas off before İ repair the stove.

( Qaz plitəsini təmir etməmişdən öncə gərək qazı bağlayam)

2)  özünə qapanmaq,ətraf mühitə qarşı özünü qapamaq

He shut himself off from the rest of the world ( o bütün dünyaya  qarşı özünü qapadı)

 

Shut one’s eyes to–  gözlərini qapamaq,bir şeyə( hadisəyə) göz yummaq,laqeyid qalmaq

 

Keep

Keep out- 1) icazə verməmək, imkan verməmək,                   kənarda saxlamaq

                   2) qarışmamaq

For keeps– daimi , həmişəlik

 

You can keep this necklace for keeps

 

Keep away –uzaqda, kənarda qalmaq

Keep away! İt`s dangerous

 

Keep back –  1) geriyə çəkilmək

Everybody,keep backfrom the door! ( hər kəs qapıdan geri dursun)

                   /// 2) bildirməmək, bəlli etməmək

İ feel he`s keeping the real story back for some reason (  hiss edirəm ki, o məndən əsl hadisəni gizlədir)

Keep from- özünü saxlamaq( tutmaq )

İ could hardly keep from hitting him ( Özümü onu vurmaqdan güclə saxladım)

 

Keep it in mind! – Yadinda saxla!

 

Keep it up!- Belə də davam etdir

Your work is good – Keep it up

  

 

Put

 

Put up with –dözmək,tab gətirmək

 

Put about- ( = to spread)- yaymaq ( xəbər və s)

 

Put across ( over) fikirlərini başqalarına çatdıra bilmək, ötürə bilmək

She is very good at putting her ideas across

 

Put an end to…..- son qoymaq

The government put an end to public execution ( Hökumət edam cəzasına  son qoydu)

 

Put aside- 1) kənara qoymaq ( gələcək ehtiyacları üçün ), ehtiyyatda saxlamaq

 

Put  away – öz yerinə,uyğun yerə qoymaq

She put her clothes away in the drawer ( o paltarlarını geri—çəkməcəyə– yerinə qoydu)

 

Put by ( = to save, to preserve )

I have put by some money for emergencies( zəruri hallar üçün bir qədər pul saxlamışam)

 

Put down –1) aşağı qoymaq,salmaq

The teacher asked the pupil to put his hand down

Put that knife down immediately!

                  2)   yazmaq,qeydlər aparmaq

                  3)   üsyanı yatızdırmaq,yatırmaq

                  4)   yanğını söndürmək ( bu mənada sinonimləri : put out, extinguish)

 

Put forward – irəliyə çəkmək, irəliyə qoymaq, müzakirəyə qoymaq

 

They will  consider the suggestion which you have put forward-( Onlar sən irəliyə sürdüyün təklifi nəzərə alacaqlar)

Put through- 1)  yerinə yetirmək,keçirmək ( görüş, razılıq,alqıösatqı razılaşması)

2) telefonla əlaqə yaratmaq

İ`m trying to put you through to London ( Sizi Londona bağlamağa çalışıram)

 

Put over (= put across) fikirlərini çatdıra bilmək,çatdıra bilmək,yaya bilmək ( convey or communicate)

She is very good at putting her ideas across( o fikirlərini çox yaxşı çatdıra bilir)

 

Put out– 1)  yanğını söndürmək ( = extinguish)

The fire brigade soon put out the fire

             2) uzatmaq,yaymaq ( = extend)

He put out his hand to steady her ( o əlini uzatdi ki, onun müvazinatını möhkəmlətsin( yıxılmağa qoymadı))

 

Put one`s feet up- ( = to take a rest ) istirahət etmək ( ayaqlarını uzadıb kef etmək J))

 

Put (someone) in the picture-  lazımlı məlumatla təmin etmək,qarşındakı insanı hadisənin doğru təfsilatılə təsəvvürünü yaratmaq

 She put me in the picture about what had happened ( o mənə nə baş verdiyi haqda doğru məlumat verdi( hadisəni doğru təsvir etdi)

 

Put someone off the scent ( = throw someone off the scent) – kiməsə qəsdlə səhv məlumat verib izi azdırmaq

She told the police a lie in order to put them off the scent ( O polisi azdırmaq üçün səhv məlumat verdi)

 

 

Hold

 

Hold hostage- girov saxlamaq

The police were unable to attack the terrorists because they were holding three people hostage- ( polis terrorçulara hücum edə bilmədi,çünki onlar üç nəfər girov saxlayırdılar)

 

Hold it! – Dayan! Gözlə!

Hold it!  Don`t start till İ tell you to- ( dayan,gözlə! Mən deməyənə qədər başlama!)

 

Hold off- 1) təxirə salmaq,təxirə düşmək

                                    2) bir müddətlik uzaqlaşmaq,uzaqlaşdırmaq,kənarlaşdıra bilmək

İ hope the rain hold off- Ümid edirəm ki,yağış ləngiyəcək( yağış yağmaz)

The soldiers managed to hold off the enemy- ( əsgərlər düşməni bir müddətlik uzaqlaşdıra  bildilər)

 

Hold one`s ground- geri çəkilməmək,öz mövqeyini qorumaq

Although many were killed the soldiers held their ground- ( çoxları öldürülsə də əsgərlər öz mövqelərini itimədilər,geri çəkilmədilər)

 

Hold one`s tongue– dilini tutmaq,danışmamaq,sakit durmaq

There were  a lot of things İ wanted to say,but İ thought İ`d better just hold my tongue- ( Deməyə o qədər şey vardi ki,ancaq mən düşündüm ki,yaxşısı budur özümü saxlayım)

 

Hold out– 1)sağ qalmaq üçün dirənmək

The rescue team hoped the men in the boat could hold out till they arrived ( xilasetmə komandası ümid edirdi ki,qayıqdakı adamlar onlar gələnə kimi dirənə kimi sağ qala biləcəklər)

 

2) müqavimət göstərmək ( əsgərlərin)

The soldiers held out for eight days( əsgərlər səkkiz gün müqavimət göstərə bildilər)

 

Hold to ransom- girov saxlamaq ( kimisə girov götürüb əvəzində pul tələb etmək)

 

Hold up-  1) gecikdirmək,ləngitmək

Traffic was held up  by the bad weather( nəqliyyatın gedişi pis hava şəraitindən dolayı lıngidi)

2) sərgiləmək,göstərmək

National leaders will have to hold up the highest skills of statesmanship ( Milli rəhbərlər yüksək dövlətçiliyin  bacarıqlarını sərgiləməli olacaqlar)

 

3) dəstək vermək,dəstəkləmək

 

4) silahlı basqın etmək,soyğunçuluq etmək

 

Hold back one`s tears- göz yaşlarını tutmaq

 

Come

Come up– ) qalxmaq ( günəş və s) //

 2) yaxılaşmaq,yanaşmaq

Come about-( = happen) – baş vermək

Come accross– rastlaşmaq,qarşılaşmaq ( təsadüfən)

Come along!- Getdik

How are things coming along? (  İşlər necə gedir? )

Come apart– parçalanmaq,hissələrə ayrılmaq

Come round– 1) baş çəkmək,yoluxmaq

 /// 2) özünə gəlmək ( hüşunu itirdikdən sonra)

Come down– ( = declare) aşağı düşmək, enmək

Tea has come down in price ( Çayın qiyməti düşüb)

Comedown– düşüş,enmə,düşmə

Come up with– ayaqlaşmaq,çatmaq

Come upon– qarşılaşmaq,qarşısına çıxmaq 2) gözlənilmədən hücum etmək

Comely ( usually of women) – xoşagəlimli,baxımlı

 ( qadınlara aid)

Come of age- yaşa dolmaq

Come off– yıxılmaq,düşmək

Come on– ekranlara çıxmaq,görünmək

They waited for the comedian to come on ( Komediya ustasının səhnəyə çıxmasını gözlədilər)

Come on! Tez ol,getdik! ( başla görək)

Come out–  1) üzə çıxmaq,bilmək

The truth finally came out ( Həqiqət axır ki,üzə çıxdı)

2) nəşr olunmaq,işıq üzü görmək

The newspaper comes out once a week. ( Qəzet həftədə bir dəfə çıxır)

3) aradan qaldırmaq,kənarlaşdırmaq ( = to be removed) 

This dirty mark won`t come out ( bu çirkli ləkə çıxmaz)

4) tətilə çıxmaq,etiraz etmək ( = strike)

The men have come out( on strike) ( Fəhlələr etiraza çıxıblar)

Hold

Hold on– 1) gözləmək /// Hold on- İ am not quite ready yet.( gözlə,hələ hazır deyiləm)

 2) xəttə gözləmək

The operator asked the caller to hold on while she connected him. ( Operator onunla bağlantı quranadək xəttə qalmağı xahiş etdi)

Hold down-işində qala bilməmək,işini davam etdirə bilməmək.

Hold good–  keçərli olmaq

Does that rule hold good in every case?

Qanun hər halda qüvvədədir?

Hold hands (= to be hand in hand) – əl-ələ tutmaq

The boy and the girl walked along holding hands.

Hang

Hang up–  1) dəstəyi yerinə asmaq

İ tried to talk to her, but she hung up on me

/// 2) asmaq

Hang up your coat in the cupboard

Hang on– 1)  tutmaq, saxlamaq /// 2) gözləmək

Will you hang on a minute—İ`m not quite ready

Hang back– tərəddüd etmək,həvəsli olmamaq

The soldiers all hung back when the sergeant asked for volunteers.

Hangover– paxmelye

He woke up with a hangover.

O səhər tezdən içki süstlüyü ilə oyandı

Pay

Pay off- işçinin pulunu ödəyib işdən çıxarmaq

Hundreds of  workers have been paid off- Yüzlərlə işçinin pulları ödənilib işdən çıxarıldılar

Pay back-geri ödəmək,borcunu qaytarmaq

I’ll pay back as soon as I can- Bacardığım qədər tez pulu geri ödəyəcəm

Payee- pul ödəniləcək adam

Pay-packet- paket maaş

The manager handed out the pay-acket

Down payment- ilkin ödəniş( əsas ödəniş)

Pay-roll- maaş cədvəli ( tabel)

Puy up– ödəyib bitirmək( borcları)

You must pay up within 3 months( 3 ay içində ödəyib bitirməlisən)

SET

Set a fire alarm off- yanğın,həyəcan siqnalını qoşmaq,işə salmaq,yandırmaq

Set off-yola düşmək ( səyahət üçün)

Set something off– partlatmaq

A gang of boys were setting off fireworks in the street. ( Küçədə bir qrup oğlan fişəng partladırdılar)

Set out– məqsədli şəkildə bir işə başlamaq

She set out to break the world record. ( O qarşısına məqsəd qoydu ki,dünya rekordunu qırsın)

Set somebody up–  1) kiməsı maliyyə dəstəyi olmaq( yeni bir işə başlaması üçün)/// 

A bank loan helped  to set him up in business. ( Bank istiqrazları onun biznesinə dəstək oldu( ayağa qaldırdı)

2) canlandırmaq,yaxşılaşdırmaq ( insanları)///

The break from the work really set me up for the new year. ( İşdən fasilə götürmək məni yeni il üçün yaxşıca canlandırdı) ( özümə gəldim)

 3) öyrətmək,beyninə fikir doldurmaq,qəsdlə,məqsədli şəkildə beynini yönləndirmək

He denied the charges,saying that the police had set him up. ( O, məhz polisin onu öyrətməsini deyərək ittihamları öz üzərindən atdı ( yəni iddia etdi ki,polis onu yönləndirib,beyninə fikir doldurub,nəyisə dedizdirib)

Set something aside–  bir kənara qoymaq,kənarda saxlamaq ( gələcək istifadə üçün qənaət anlamında)

He tries to set aside some money every month. ( O hər ay müəyyən qədər pulu bir kənara qoyur( qənaət edir)

Set back- müvəqqəti təxirə salmaq ( işin davamiyyətini müvəqqətə dayandırmaq)

The bad weather set back the building programme by several weeks. (Pis hava şəraiti binanın tikilmə layihəsini müvəqqəti təxirə saldırdı)

Set somebody against somebody– kimisə kiminsə üstünə qaldırmaq,üz-üzə qoymaq

She accused her husband setting the children against her. ( O ərini uşaqları onun üstünə qaldırmaqda ittiham etdi)

BREAK

Break in- içəri zorla,gözlənilmədən daxil olmaq( ev yarmaq anlamında)

Break away– nəzarətdən çıxmaq

The dog broke away from its owner. ) İt sahibinin əlindən çıxdı( nəzarətindən çıxdı)

Break down-  1) güc  işlədərək açmaq, sındırıb daxil olmaq ///

2) xarab olmaq,nasaz olmaq ///

My car has broken down. ( Maşınım xarab olub,işləmir)

 3) uğursuzluğa düçar olmaq, müvəffəqiyətsizliyə uğramaq

The talk have broken down ( Danışıqlar müvəffəqiyyətsizliyə uğradı)

Break out-   1) birdən başlamaq ,anidən açılmaq  ///

The war broke out ( müharibə başladı)

 2) qaçmaq,aradan çıxmaq ( cinayətkarın türmədən və ya kiminsə hansısa təcridxanadan)

 

 

Break up-   1) bölmək,parçalamaq,hissələrə ayırmaq///

John and Mary broke up last week. ( Con ve Meri keçən həftə ayrıldılar)

 2) bitirmək ( = finish,end)

The meeting broke up at 9.40 ( İclas 9.40-da bitdi)

Break in to-  sözünü kəsmək (= interrupt)

Break off–  dayandırmaq ( = stop)

She broke off in the middle of her sentence. O cümləsinin ortasında dayandı

Break out in- birdən,anidən səpməyə  (və ya tərləməyə ) başlamaq

I’m allergic to strawberries. They make me break out a rash. Çiyələyə qarşı allergiyam var. Onlar məni səpdirir

Nervous breakdown-  əsəb gərginliyi,əsəb pozulması

Breakdown- sınma,xarab olma

Break loose- ( = escape)- aradan çıxmaq,qaçmaq,qaçıb canını qurtarmaq

Break the ice- ( idiom) – aradakı utancaqlığı ( və ya soyuqluğu) götürmək,buzları əritmək

Break one’s word- sözünə,vədinə xilaf çıxmaq, sözünü yerinə yetirməmək

Breakneck- nəfəs tutucu ( təhlükəli anlamında)

She drove at breakneck speed-( o nefestutucu suretle sururdu)